ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Turizm sahəsində yeni dövlət standartı qəbul edilib

Ölkədə turizm fəaliyyətini tənzimləyən milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə AZS 906-2022 “Turizm xidmətləri. Yerləşmə vasitələrinin təsnifatı. Minimum tələblər” yeni dövlət standartı qəbul edilib.

Standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib. Yeni sənədin qəbul olunması ilə əlaqədar AZS 369-2009 "Turist-ekskursiya xidmətləri. Yerləşdirmə vasitələri. Ümumi tələblər" və AZS 755-2014 "Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər" dövlət standartları qüvvədən düşüb.

Yeni standartın tətbiqi turizm reyestrində uçotun aparılması, yerləşmə vasitələrinin növünün və kateqoriyasının təyin olunması və göstərilən xidmətlərə görə minimum tələblərin müəyyənləşdirilməsinə şərait yaradacaq.