twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görüş keçirilib

Aprelin 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri ilə görüşüblər.

Görüşdə Dövlət Xidmətinin antiinhisar və haqsız rəqabət, dövlət satınalmaları haqqında qanunvericiliyin təkmilləşdirilməsi, keyfiyyətə nəzarət, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər barədə məlumat verilib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə məhsulların bazarlara çıxışında mövcud olan bir sıra çətinliklər, inhisarçılıq və süni qiymət artımları ilə mübarizə, dövlət satınalmaları sahəsində tenderlərin keçirilməsinin təkmilləşdirilməsi və s. məsələlərlə bağlı müzakirələr aparılıb.