ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
İqtisadiyyat Nazirliyində “Indra Sistemas" şirkətinin vitse-prezidenti ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İspaniyanın "İndra Sistemas" şirkətinin vitse-prezidenti Luis Permuy ilə görüşüb.

Görüşdə "Indra Sistemas" şirkətinin ölkəmizdə həyata keçirdiyi layihələr və Azərbaycanda istehsalın lokallaşdırılması üçün potensial imkanlar ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı dövrdə əməkdaşlıq planları müzakirə edilib.

Qeyd edək ki, İT və kommunikasiya xidmətləri, İT konsaltinq, avtomatlaşdırılmış sınaq avadanlıqları və digər sahələrdə ixtisaslaşmış İspaniyanın “Indra Sistemas" şirkəti dünyanın 46 ölkəsində fəaliyyət göstərməklə 140-dan çox ölkə ilə biznes tərəfdaşlığı qurub.