Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
AZSTAND SMIIC-in Baş Assambleyasının iclasında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə Rusiya Federasiyasının Kazan şəhərində keçirilən İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) 21-ci Baş Assambleya iclasında iştirak edib.

Toplantı çərçivəsində Qlobal Halal Keyfiyyət İnfrastrukturunun inkişafı və təkmilləşdirilməsi, eləcə də halal standartlaşdırma sahəsində digər aktual məsələlər nəzərdən keçirilib.

Həmçinin SMIIC-in Baş katibinin hesabatı, standartlaşdırma, metrologiya və akkreditasiya üzrə şuraların hesabatları dinlənilib, SMIIC tərəfindən həyata keçirilən layihələr müzakirə olunub.

Bundan əlavə, toplantı zamanı “Standartlaşdırma İdarəetmə Şurasının seminarı”, o cümlədən “OIC/SMIIC standartları və Qlobal Halal Keyfiyyət İnfrastrukturu üzrə üzvün təcrübəsi” mövzularında tematik sesiyalar təşkil edilib.