ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Antiinhisar siyasəti, rəqabətin qorunması və reklam fəaliyyətinə dövlət nəzarəti

Bazar iqtisadiyyatı şəraitində təməl prinsiplərdən hesab olunan sərbəst rəqabətin mövcudluğu sosial ədalətin və iqtisadi səmərəliliyin təmin edilməsinə, texnoloji inkişafa nail olunmasına, azad sahibkarlıq, demokratik huquq və azadlıqlar üçun zəmin yaradılmasına, bütövlükdə, iqtisadiyyatın səmərəli təşkili və dayanıqlı inkişafına, resursların səmərəli istifadəsinə və sosial rifaha nail olunmasına xidmət edir. Bu, malların (işlərin və xidmətlərin) rəqabət qabiliyyətinin artırılmasına, istehlakçılar üçün seçim imkanlarının genişlənməsinə səbəb olur. Dövlət Xidməti “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarında və öz əsasnaməsində müəyyən olunmuş vəzifələrə, hüquqlara və səlahiyyətlərə əsaslanaraq iqtisadiyyatda sərbəst rəqabətə şərait yaratmaq, rəqabət prinsiplərini və sahibkarlığı effektiv qorumaq məqsədilə:

 

  • Təsərrüfat subyektlərinin bazara sərbəst daxil olmasına şərait yaradılmasını, bazara girişlə bağlı inzibati, hüquqi və ayrıseçkilik maneələrinin aşkar edilməsini, qarşısının alınmasını və aradan qaldırılmasını təmin edir;
  • Rəqabəti məhdudlaşdıran sazişlərin (o cumlədən, kartellərin), razılaşdırılmış fəaliyyət və ya müəssisə birliklərinin qərarlarının və hərəkətlərin, hökmran mövqedən sui istifadənin aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması, nisbətən iri həcmli birləşmələrə və payların (səhmlərin) satınalınmasına (təmərküzləşmələrə) nəzarət etməklə yeni inhisarların yaranmasına yol verilməməsi ilə bağlı tədbirlər görür;
  • Haqsız rəqabətin qarşısının alınması və aradan qaldırılması sahəsində tədbirlər həyata keçirir;
  • Bazarlarda rəqabət şəraitinin üstünlük təşkil etməsini təmin etmək məqsədilə rəqabətə mənfi təsir göstərə bilən və ya məhdudlaşdıra bilən müxtəlif qanun və qaydalarla əlaqədar aidiyyəti dövlət qurumlarına və təşkilatlara rəylər təqdim etmək üçün nazirliyin rəhbərliyinə təkliflər verir;
  • Təbii inhisar subyektlərinin fəaliyyəti və dövlət inhisarında olan xidmətlərlə bağlı nəzarət və tənzimləmə tədbirləri həyata keçirir;
  • Bazarda rəqabəti pozan, qarşısını alan və ya məhdudlaşdıran əməllərlə bağlı geniş araşdırmalar və təhqiqatlar apararaq qanun pozuntularının aşkar edilməsi, qarşısının alınması və aradan qaldırılması barədə tədbirlər görür;
  • Reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətini həyata keçirir, reklam haqqında qanunvericiliyin tələblərinə cavab verməyən reklam yayımının qarşısının alınması və qanun pozuntularının aradan qaldırılması barədə tədbirlər görür.