logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
İşçı Qrupun iclası keçirilib

“Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında Saziş”də dəyişikliklərin edilməsi üzrə İşçi Qrupun videokonfrans formatında növbəti iclası keçirilib.

İclasda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin nümayəndələri iştirak edib.

Görüşdə bu ildən etibarən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə malların təsviri və kodlaşdırılmasını əks etdirən “Harmonikləşdirilmiş Sistem”in yeni versiyasının tətbiqi istiqamətində mövcud çətinliklər müzakirə edilib. “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında Saziş”in müvafiq müddəalarının qeyd edilən sənədə uyğunlaşdırılması ilə bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.