Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi Qrupunun onlayn formatda növbəti iclası keçirilib. İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank, Dövlət Neft Şirkəti, "Keyfiyyət Assosiasiyası" İctimai Birliyi, "PricewaterhouseCoopers Azerbaijan", eləcə də özəl sektor nümayəndələrinin iştirak etdiyi iclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Bazar rəqabəti” indikatoru üzrə diaqnostika matrisasının son layihəsinin təqdimatı və işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin yarımillik dövr üzrə icra vəziyyəti müzakirə edilib.
İşçi Qrupunun 2022-ci il üçün prioritet götürülən sahələrin icrasından irəli gələn məsələlər, qarşıda duran vəzifələr və son dövrlərdə həyata keçirilmiş islahatlar, xüsusi ilə rəqabət və dövlət satınalmaları sahəsində qanunvericilikdə edilmiş dəyişikliklərin layihəsi barədə də fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasının vaxtında və səmərəli təmin edilməsi məqsədilə “Bazar rəqabəti” indikatoru üzrə diaqnostika matrisasına əlavələrin olunması və qeyd olunan indikator ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin hazırlanması qərarı qəbul edilib.