twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Qaz təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) və “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələrinin iştirakı ilə lisenziya əsasında maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarını həyata keçirən sahibkarlıq subyektləri ilə görüş keçirilib.

Görüşdə yaşayış sahəsi və təsərrüfat obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri aparılması üçün qanunvericiliyin tələbləri və sahibkarlar arasında rəqabətin təmin olunmasının vacibliyi barədə məlumat verilib. Bildirilib ki, bu sahədə rəqabət və əlçatanlığın təmin olunması məqsədilə Dövlət Xidmətinin rəsmi səhifəsində təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı sahəsində lisenziyası olan təşkilatların siyahısı yerləşdirilıb və mütəmadi olaraq yenilənir.

Tədbirdə sahibkarlıq subyektləri tərəfindən qaldırılan məsələlər müzakirə edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.