logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətinin nümayəndələri “Dövlət Satınalmaları: Qlobal İnqilab XI” konfransında iştirak edib

Nottinqem Hüquq Məktəbinin Dövlət Satınalmaları Araşdırma Qrupu tərəfindən “Dövlət Satınalmaları: Qlobal İnqilab XI” mövzusunda Nottinqem şəhərində konfrans keçirilib. 300-ə qədər nümayəndə və məruzəçinin iştirak etdiyi konfransda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri də iştirak ediblər.

Konfransda əsasən “Dünya Bankı - davamlı inkişaf üçün satınalmalar sahəsində qlobal tərəfdaşlıq, satınalmalarda davamlılıq, sosial və inklüziv satınalmalar, satınalma sisteminin müqayisəli təhlili, satınalmaların auditi, rəqəmsallaşma və süni intellekt” və digər mövzularda dinləmələr və müzakirələr aparılıb.

Qeyd edək ki, Nottinqem şəhərində keçirilən konfrans Dövlət satınalmaları sahəsində mütəxəssislərin, o cümlədən dövlət satınalmaları sahəsində çalışan iri beynəlxalq təşkilatlarının nümayəndələrinin, hüquqşünaslar eləcə də alimləri bir araya gətirən platformadır.