twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Əmtəə bazarının səmərəliliyi üzrə işçi qrupunun növbəti iclası keçirilib

 Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.

İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsi üzrə təqdimatı, layihənin “Bazar rəqabəti” indikatoru üzrə diaqnostika matrisasının tərtibi və işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planı müzakirə edilib.

İşçi qrupunun 2022-ci il üçün prioritet sahələrin icrasından irəli gələn məsələlər, qarşıda duran vəzifələr və son dövrlərdə həyata keçirilmiş islahatlar, xüsusi ilə dövlət satınalmaları sahəsində qanunvericilikdə edilmiş dəyişikliklər haqqında iştirakçılar məlumatlandırılıb.

Özəl sektorun nümayəndələri ilə birlikdə qarşılıqlı müzakirələr formatında keçən iclasa İqtisadiyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Statistika Komitəsinin, Mərkəzi Bankın, Dövlət Neft Şirkətinin, "Keyfiyyət Assosiasiyası" İctimai Birliyinin, "PricewaterhouseCoopers Azerbaijan" və digər şirkətlərinin nümayəndələri qatılıb. 

Görüşün sonunda Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasının vaxtında və səmərəli təmin ediməsi məqsədilə “Bazar rəqabəti” indikatoru üzrə diaqnostika matrisasının tərtibi üçün İşçi qrupunun yaradılması qərarı qəbul edilib.