logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidməti vəkillər və vəkilliyə namizədlər üçün təlim keçirib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə “İstehlakçı hüquqlarının müdafiə mexanizmləri” mövzusu Ədliyyə Akademiyasında icbari təlim kursu proqramına və Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin vəkillərin ixtisasartırma kursunun proqramına daxil edilib. Bununla əlaqədar, Dövlət Xidmətinin nümayəndələri peşəkar vəkillər və vəkilliyə namizəd 119 nəfər üçün onlayn təlim keçirib.

Təlimlərin keçirilməsində məqsəd vətəndaşlara istehlakçı hüquqları ilə bağlı hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi, eləcə də istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələrinin düzgün tərtib edilməsinin təmin olunmasıdır.

İştirakçılara Xidmətin fəaliyyət istiqamətləri, istehlakçı anlayışı, istehlakçıların əsas hüquq və vəzifələri, istehlakçı hüquqlarının müdafiəsi barədə məlumat verilib. Təlimdə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı mövcud təcrübə və məhkəmə aktları əsasında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.