logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində Azərbaycanla Türkiyə arasında əməkdaşlıq genişləndirilir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndə heyəti Türkiyədə səfərdə olub. Səfər zamanı AZSTAND–ın əməkdaşları Türk Standartları İnstitutu (TSE), Türk Akkreditasiya (TÜRKAK) və Halal Akkreditasiyada (HAK) görüşlər keçirib, keyfiyyət infrastrukturu sahəsində Türkiyə təcrübəsi ilə yaxından tanış olublar.

Keçirilən görüşlərdə AZSTAND-ın potensialının təkmilləşdirilməsi, beynəlxalq akkreditasiya standartlarına uyğunlaşdırılma, akkreditasiya sahələrinin genişləndirilməsi üzrə əməkdaşlıq, həmçinin  Azərbaycanın İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunda (SMİİC) üzvlüyünün aktivləşdirilməsi və digər məsələlər müzakirə edilib. Bundan başqa, Türk Standartları İnstitutunda ISO/İEC 17065:2012 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” beynəlxalq standartı üzrə onlayn seminarda iştirak edən AZSTAND əməkdaşlarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının VIII iclasının protokoluna uyğun olaraq, Türk Standartları İnstitutu ilə AZSTAND arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədilə 2022-2023-cü illər üzrə Fəaliyyət Planı təsdiq edilib. Əldə olunan razılaşmaya əsasən,  AZSTAND-ın beynəlxalq təşkilatlarda təmsilçiliyinin genişləndirilməsi, müvafiq standartlar üzrə beynəlxalq akkreditasiyadan keçməsi, qurumun strateji inkişaf planının hazırlanması, mütəxəssislərin təlim proqramlarında iştirakı, beynəlxalq standartlar əsasında sertifikatlaşmanın həyata keçirilməsi və digər istiqamətlər üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulub.