logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətinə məlumatların təqdim olunmaması ilə əlaqədar iş qaldırılıb

2021-ci ildə dünyada baş verən qlobal qiymət artımı fonunda ölkəmizdə də bir sıra ərzaq məhsullarının qiymətində dəyişiklik müşahidə edilir.

Qiymət manipulyasiyalarının qarşısının alınması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazarda antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalara başlayıb. Dövlət Xidməti tərəfindən yerli idxalçı müəssisələrə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.

Sorğulara əksər təsərrüfat subyektləri tərəfindən vaxtında cavab verilməsinə baxmayaraq, “Veysəloğlu” MMC tərəfindən Dövlət Xidmətinə heç bir sənəd və məlumat təqdim edilməyib. Bununla əlaqədar, Dövlət Xidməti “Veysəloğlu” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb. İşə baxılması nəticəsindən asılı olaraq, təsərrüfat subyekti barəsində qanunamüvafiq tədbir görüləcəkdir.