ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Reklam fəaliyyəti

 

  1. Reklam nədir? Haqsız, qeyri-dəqiq və gizli reklamın əlamətləri hansılardır?
  2. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin reklam qanunvericiliyinə nəzarət sahəsində fəaliyyəti nədən ibarətdir?
  3. Reklam fəaliyyətinə nəzarəti başqa hansı qurumlar həyata keçirir?
  4. Reklam qanunvericiliyinin pozulması ilə bağlı kimlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər?
  5. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət zamanı hansı sənədlər təqdim edilməlidir?

 

  1. Reklam nədir? Haqsız, qeyri-dəqiq və gizli reklamın əlamətləri hansılardır?

Reklam - reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədilə yayımlanan məlumatdır.

Reklam aşağıdakı hallarda haqsız hesab edilir:

- reklam olunan əmtəə ilə eyni funksiyaları yerinə yetirən yaxud yetirə bilən, başqa istehsalçıların yaxud satıcıların əmtəəsinin keyfiyyət və (və ya) kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və (və ya) əmtəəni göstərməklə müqayisə aparıldıqda;

- müxtəlif vasitələr və (və ya) üsullarla bazar rəqibinin şərəf və ləyaqəti, işgüzar nüfuzuna xələl gətirildikdə;

- əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə;

- reklam olunan əmtəədən istifadə etməyən və ya rəqiblərin əmtəəsindən istifadə edən şəxslərə istehza etməklə başqa şəxslərdə onlara qarşı mənfi rəy formalaşdırmağa cəhd olunduqda;

- müəlliflik hüquqlarından və əlaqəli hüquqlardan qeyri-qanuni istifadə olunduqda, başqa əmtəələrin reklam materiallarının plagiatına yol verildikdə;

- reklam edilən əmtəə başqa istehsalçıların və satıcıların əmtəəsinə çaşqınlıq yarada biləcək dərəcədə bənzədildikdə;

- reklam edilən əmtəənin sağlamlığa və ətraf mühitə mənfi təsiri barədə məlumatlar qəsdən gizlədildikdə;

- reklamı qadağan olunmuş vasitələr və (və ya) üsullarla, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun müəyyən etdiyi yerlərdən kənarda, bu Qanunla müəyyən olunmuş vaxtdan əvvəl yaxud sonra yayımlandıqda;

- reklamı konkret üsulla, konkret vaxtda və (və ya) yerdə qadağan olunmuş əmtəənin yaxud onun əmtəə nişanının, habelə onunla qarışdırıla biləcək dərəcədə yaxın olan əmtəə nişanının reklamından istifadə edildikdə.

Haqsız reklama yol verilmir.

 

Aşağıdakılar barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur:

- əmtəənin istehsalçısı, satıcısı və mənşəyi;

- əmtəənin bazarda mövcudluğu, onun göstərilən miqdarda, vaxtda və yerdə əldə edilməsi imkanları;

- əmtəənin təyinatı, tərkibi, istehlak xassələri, o cümlədən, istifadə şəraiti, dəstləşdirilməsi, istehsal olunduğu vaxt, yararlılığının son tarixi və istifadə müddəti;

- reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri;

- əmtəənin istehlakçıya çatdırılmasının, keyfiyyətinə zəmanət verilməsinin, satışdan sonra servis xidmətlərinin göstərilməsinin, dəyişdirilməsinin, geri qaytarılmasının şərtləri və müddəti;

- əmtəənin istehsalına (satışına) verilmiş lisenziyanın, uyğunluq sertifikatının mövcudluğu, layiq görüldüyü mükafatlar;

- dövlətlərin və beynəlxalq təşkilatların rəsmi rəmzlərindən, hüquqi şəxslərin əmtəə nişanlarından, şəxslərin əqli mülkiyyət hüquqlarından istifadəyə hüququ;

- əmtəənin tədqiqinin və sınağının nəticələri;

- reklam olunan əmtəə barədə əlavə məlumatların alınmasının mümkünlüyü;

- reklam edilən əmtəənin reklamvericisi, onun reklamının yaradıcısı, istehsalçısı, agenti, yayıcısı;

- lotereyaların, müsabiqələrin, oyunların, o cümlədən idman mərc oyunlarının və digər tədbirlərin şərtləri, qaydaları və müddətləri, uduşların məbləği və hədiyyələr, onların verildiyi yer və əldəetmə qaydaları, bu cür tədbirlər haqqında məlumat verən mənbə.

Qeyri-dəqiq reklama yol verilmir.

 

 Gizli reklam: Reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam” yaxud “reklam hüququ əsasında” qeydi olmadan verilən məlumat gizli reklamdır.

Gizli reklama yol verilmir.

  1. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin reklam qanunvericiliyinə nəzarət sahəsində fəaliyyəti nədən ibarətdir?
  • reklam subyektlərinin haqlı maraqlarının qorunması;
  • haqsız rəqabət və reklam qanunvericiliyinin tələblərinin yerinə yetirilməsinin təmin edilməsi;
  • reklam qanunvericiliyin tələblərinə cavab verməyən reklam yayımının dayandırılması;
  • reklam (açıq məkanda reklam istisna olmaqla) sahəsində dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında iştirak və həyata keçirilməsinin təmin edilməsi;
  • açıq məkanda reklam istisna olmaqla, reklam subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirilməsi;
  • reklam (açıq məkanda reklam istisna olmaqla) sahəsində qanun pozuntusuna yol vermiş şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlərin görülməsi;
  • reklam qanunvericiliyin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxılması və inzibati tənbeh tədbirlərinin tətbiqi;
  • Reklam sahəsində səlahiyyətinə aid edilmiş məsələlər üzrə daxil olmuş müraciətlərə baxılması;
  1. Reklam qanunvericiliyinin pozulması ilə bağlı kimlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər?

- Reklam qanunvericiliyinin pozulması halları ilə bağlı reklam subyektləri (reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti, reklam yayıcısı və reklam istehlakçısı), habelə istənilən hüquqi və fiziki şəxslər müraciət edə bilərlər.

  1. Dövlət Xidmətinə müraciət zamanı hansı sənədlər təqdim edilməlidir?

Reklam qanunvericiliyin pozulması ilə əlaqədar Dövlət Xidmətinə yazılı şəkildə ərizə ilə müraciət edilməlidir. Müraciət zamanı şikayət olunan reklamlar bərədə (yayım yeri, yayım tarixi, reklamın mahiyyəti, pozuntu iddiası və s.) ətraflı məlumat verilməli, habelə reklam qanunvericiliyinin pozulması hallarını sübut edən faktlar təqdim etməlidir.

Reklam qanunvericiliyin pozulması ilə əlaqədar  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə aşağıdakı üsullardan biri ilə müraciət etmək olar:

Yaranmış suallarla bağlı 195-1 Çağrı Mərkəzinə müraciət etməyiniz tövsiyə edilir.