ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Qəbul qaydaları

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində vətəndaşların qəbulu qaydaları

Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin
«2 » mart 2009-cu il tarixli F -20 nömrəli
əmri ilə təsdiq edilmişdir

 

  1. 1. Ümumi müddəalar
    1. 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində vətəndaşların qəbulu Qaydaları (bundan sonra - Qaydalar) «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» 1997-ci il 10 iyun tarixli Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları»nın tələblərinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində (bundan sonra "Nazirlik") vətəndaşların qəbulu qaydalarını müəyyən edir.

    2. 1.2. Nazirlikdə vətəndaşların qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

    3. 1.3. Bu Qaydaların məqsədləri üçün:

    4. 1.3.1. Nazirliyinin Aparatının struktur bölmələri dedikdə - Nazirliyin Aparatının şöbə, müstəqil sektor və müstəqil vəzifəli şəxsləri;

    5. 1.3.2. Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumlar dedikdə - Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Sahibkarlığa Kömək Milli Fondu, regional bölmələr və bu kimi digər qurumlar başa düşülür.

    6. 1.4. Nazirliyinin Aparatının struktur bölmələrində, strukturuna daxil olan və tabeliyindəki qurumlarda vətəndaşların qəbulu və bununla bağlı kargüzarlığın aparılmasına təşkilati-metodiki rəhbərlik və bu Qaydaların tələblərinə əməl olunmasına ümumi nəzarət Nazirliyin Ümumi şöbəsi (bundan sonra "müvafiq struktur bölmə") tərəfindən həyata keçirilir.

    7. 1.5. Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumlarda vətəndaşların qəbulu və bununla bağlı kargüzarlığın aparılmasına, bilavasitə təşkilati-metodiki rəhbərlik və bu Qaydaların tələblərinə əməl olunmasına cari nəzarəti həmin qurumların müvafiq struktur bölməsi - bu struktur bölmə mövcud olmadığı halda isə kargüzarlıq xidməti və ya vətəndaşların qəbulu işinin aparılmasına məsul şəxs tərəfindən həyata keçirilir.
  1. 2.Vətəndaşların qəbulu Nazirliyin Aparatında
    1. 2.1. Nazirliyin mərkəzi aparatında vətəndaşların qəbulu müvafiq qaydada təsdiq olunmuş qrafik (qrafik tablosu inzibati binanın qəbul üçün nəzərdə tutulmuş girişində, görkəmli yerdə yerləşdirilir) əsasında aparılır. Hər ilin sonunda növbəti il üçün təsdiq olunmuş qəbul qrafiki barədə Nazirliyin internet saytında məlumat verilir, bir nüsxəsi isə dekabr ayının sonunadək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilir. Təsdiq olunmuş qəbul qrafikində il ərzində dəyişiklik olduqda, yenidən təsdiq olunmuş qəbul qrafikinin bir nüsxəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilir.

    2. 2.2. Qəbul üzrə qrafikdə rəhbər vəzifəli şəxslər haqqında aşağıdakı məlumatlar əks olunur:

    3. 2.2.2. adı, atasının adı və soyadı;

    4. 2.2.3. qəbul günləri və saatları;

    5. 2.2.4. qəbul otağının şəhər və daxili telefon nömrəsi.

    6. 2.3. Qəbul üzrə qrafik müvafiq struktur bölmə tərəfindən aşağıdakı prinsiplər əsasında tərtib olunur və təsdiq üçün nazirə təqdim edilir:

    7. 2.3.1. nazirin qəbulu - ayda bir gün (cəmi 6 saat);

    8. 2.3.2. nazir müavinlərinin qəbulu - həftədə bir gün (cəmi 3 saat);

    9. 2.3.3. struktur bölmə rəhbərləri və müstəqil vəzifəli şəxslərin qəbulu - həftədə iki gün (cəmi 4 saat);

    10. 2.3.4. müvafiq struktur bölmədə vətəndaşların qəbulu - həftənin iş günləri saat 9:00-dan 18:00-dək.

    11. 2.4. Vətəndaşların nazir, nazir müavini və struktur bölmə rəhbərlərinin qəbuluna yazılmasını müvafiq struktur bölmə həyata keçirir.

    12. 2.5. Müvafiq struktur bölmə vətəndaşların qəbulunu aşağıdakı qaydada təşkil edir:

    13. 2.5.1. vətəndaşlar xüsusi ayrılmış «Qəbul otağı»nda qəbul edilir, onlar barədə müvafiq məlumatlar "Vətəndaşların qəbulu kitabı"na (əlavə olunur) daxil edilir;

    14. 2.5.2. vətəndaşların müraciəti diqqətlə öyrənilir və müvafiq izahatlar verilir. Zəruri hallarda onların dərhal nazir, nazir müavini, aparatın rəhbəri və ya struktur bölmə rəhbərləri tərəfindən qəbulu təşkil olunur və qəbulun nəticəsi "Vətəndaşların qəbulu kitabın"a daxil edilir;

    15. 2.5.3. qəbul qrafikinə uyğun olaraq vətəndaşlar nazir, nazir müavini və struktur bölmə rəhbərlərinin qəbuluna yazılır və bu barədə məlumatlar həmin vəzifəli şəxslərə çatdırılır;

    16. 2.5.4. həmin vəzifəli şəxslərdən vətəndaşın qəbulu ilə bağlı qəbul etdiyi qərar barədə daxil olan məlumat əsasında müvafiq struktur bölmə tərəfindən vətəndaşın qəbulu təşkil edilir və ya ona müvafiq izahat (və ya cavab) verilir;

    17. 2.5.5. müraciətdə irəli sürülən məsələlərin həlli Nazirliyin səlahiyyətlərinə aid olmadıqda (məsələn, vətəndaş ona məxsus yaşayış sahəsinin «N» firması tərəfindən qismən zəbt olunmasından şikayət etdikdə) hara müraciət etmək lazım olduğu vətənda

    18. 2.6. Nazir onun qəbuluna yazılmış vətəndaşları qəbul edir, zəruri olduqda nazir müavinləri, aidiyyəti struktur vahidlərin rəhbərlərini və ya vəzifəli şəxsləri dəvət edir, müraciətlərin araşdırılması və araşdırmanın nəticəsindən asılı olaraq, lazımi tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verir.

    19. 2.7. Nazirin müavini və ya Aparatın rəhbəri onun qəbuluna yazılmış vətəndaşları qəbul edir, müraciətlərin mahiyyətini öyrənir, zəruri olduqda, aidiyyəti struktur bölmələrin rəhbərlərini və ya vəzifəli şəxsləri dəvət edir, müraciətlərin araşdırılması və araşdırmanın nəticəsindən asılı olaraq lazımi tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verir.

    20. 2.8. Struktur bölmələrin rəhbərləri və ya vəzifəli şəxslər vətəndaşları qəbul edir, nazir, nazir müavini və ya Aparatın rəhbəri tərəfindən verilmiş tapşırıqlar ilə əlaqədar müraciətlərə, eləcə də onların bilavasitə qəbulunda olmuş vətəndaşların müraciətlərinə aşağıdakı qaydada baxırlar:

    21. 2.8.1. müraciətlərin mahiyyətini diqqətlə öyrənir, zəruri olduqda lazımi sənədlər tələb edir, məsələnin həlli üçün zəruri olan digər tədbirlər görürlər;

    22. 2.8.2. müraciətdə irəli sürülən məsələlərin həlli Nazirliyin və ya həmin vəzifəli şəxslərin səlahiyyətlərinə aid olmadıqda (məsələn, vətəndaş yerli özünüidarəetmə orqanlarının qanunsuz qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etdikdə) hara müraciət etmək lazım olduğunu vətəndaşlara izah edirlər;

    23. 2.8.3. müraciətə müəyyən edilmiş qaydada və müddətdə baxır, görülmüş tədbirlər haqqında müraciət etmiş vətəndaşa əsaslandırılmış cavab verirlər (cavab yazılı və ya şifahi ola bilər);

    24. 2.8.4. vətəndaşa cavab verildikdən və bu barədə müvafiq struktur bölmə tərəfindən "Vətəndaşların qəbulu" kitabında müvafiq qeydlər aparıldıqdan sonra müraciət baxılmış hesab olunur.
  1. 3. Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumlarda
    1.  
    2. 3.1. Vətəndaşların qəbulu qurumun rəhbəri tərəfindən müvafiq qaydada təsdiq olunmuş qrafik (qrafik tablosu qurumun inzibati binasının əsas girişində görkəmli yerdə yerləşdirilir) əsasında aparılır.

    3. 3.2. Hər ilin dekabr ayının 20-dək növbəti il üçün təsdiq olunmuş qəbul qrafiki barədə Naziriliyin müvafiq struktur bölməsinə məlumat verilir. Təsdiq olunmuş qəbul qrafikində il ərzində dəyişiklik olduqda, yenidən təsdiq olunmuş qəbul qrafikinin bir nüsxəsi Nazirliyə təqdim edilməlidir.

    4. 3.3. Qəbul üzrə qrafikdə rəhbər vəzifəli şəxs barədə aşağıdakı məlumatlar əks olunmalıdır:

    5. 3.3.1. vəzifəsinin tam adı;

    6. 3.3.2. adı, atasının adı və soyadı;

    7. 3.3.3. qəbul günləri və saatları;
    8. 3.3.4. qəbul otağının şəhər və daxili telefon nömrəsi.

    9. 3.4. Qəbul üzrə qrafik məsul vəzifəli şəxs tərəfindən aşağıdakı prinsiplər əsasında tərtib olunur:

    10. 3.4.1. qurumun rəhbərinin qəbulu - həftədə üç gün (cəmi on iki saatdan az olmamaq şərti ilə);

    11. 3.4.2. qurumun rəhbərinin müavinləri və struktur bölmə rəhbərlərinin qəbulu - həftənin iş günləri (bütün iş günü ərzində);

    12. 3.4.3. məsul şəxs tərəfindən qəbul - həftənin iş günləri (bütün iş günü ərzində).

    13. 3.5. Rəhbərlik müvafiq əmrlə qurumda qəbul işini həyata keçirmək üçün məsul vəzifəli şəxsi təyin edir və bu məqsəd üçün ayrılmış xüsusi «Qəbul otağı»nda vətəndaşların qəbul edilməsini təmin edir.

    14. 3.6. Məsul vəzifəli şəxs tərəfindən qəbul işi aşağıdakı qaydada həyata keçirilir:

    15. 3.6.1. vətəndaş qəbul edilir, «Vətəndaşların qəbulu» kitabında qeydlər aparılır;

    16. 3.6.2. müraciətin mahiyyəti öyrənilir, vətəndaşa müvafiq izahatlar verilir və zəruri olduqda qurumun rəhbərliyi və ya vəzifəli şəxsləri tərəfindən onların qəbulu təşkil olunur;

    17. 3.6.3. qəbul qrafikinə uyğun olaraq vətəndaşlar qəbula yazılır, qəbul günü və vaxtı onlara və onları qəbul edəcək şəxslərə məsul vəzifəli şəxs tərəfindən bildirilir;

    18. 3.6.4. müraciətdə irəli sürülən məsələlərin həlli qurumun səlahiyyətlərinə aid olmadıqda hara müraciət etmək lazım olduğu vətəndaşlara izah edilir;

    19. 3.6.5. vətəndaşların qəbulu prosesinin nəticəsi barədə «Vətəndaşların qəbulu» kitabında qeydlər aparılır.

    20. 3.7. Rəhbərlik və vəzifəli şəxslər müvafiq qrafikə uyğun, zəruri hallarda isə dərhal vətəndaşları qəbul edirlər.

    21. 3.8. Rəhbərlik və vəzifəli şəxslər bilavasitə qəbullarında olmuş vətəndaşların müraciətlərinə aşağıdakı qaydada baxırlar:

    22. 3.8.1. müraciətin mahiyyətini diqqətlə öyrənir, zəruri olduqda lazımi sənədlər tələb edir, məsələnin həlli üçün lazım olan digər tədbirlər görürlər;

    23. 3.8.2. müraciətə müəyyən edilmiş qaydada və müddətdə cavab verirlər (cavab yazılı və ya şifahi ola bilər);

    24. 3.8.3. müraciətdə irəli sürülən məsələlərin həlli qurumun (vəzifəli şəxsin) səlahiyyətlərinə aid olmadıqda (məsələn, bir şirkət digər şirkət barəsində ikitərəfli müqavilənin şərtlərinə riayət etməməsindən şikayət etdikdə) hara müraciət etmək lazım olduğunu vətəndaşlara izah edirlər;

    25. 3.8.4. vətəndaşa cavab verildikdən və bu barədə məsul şəxs tərəfindən «Vətəndaşların qəbulu» kitabında müvafiq qeydlər aparıldıqdan sonra müraciət baxılmış hesab olunur.

    26. 3.9. Nazirliyin mərkəzi aparatında, strukturuna daxil olan və tabeliyindəki qurumlarda aparılan «Vətəndaşların qəbulu» kitabı (əlavə olunur) səhifələnir, qaytanlanır, Aparatın rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

    27. 3.10. Hər kargüzarlıq ili üçün yeni «Vətəndaşların qəbulu» kitabı açılır.