twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Təbii inhisar və dövlət inhisarı

1. Təbii inhisar nədir?

Təbii inhisarlar elə bir sahədir ki, istehsalın texnoloji xüsusiyyətlərinə görə burada özəl biznes strukturları fəaliyyət göstərə bilmir, yaxud rəqabət olmur. Dövlət isə bu sahəni ictimai və ya dövlət maraqları naminə təsis etdiyi qurumlar vasitəsilə təmin edir, bu qurumların iqtisadi fəaliyyətini öz nəzarətində saxlayır.

 

2. Təbii inhisar subyektləri hansılardır?

Təbii inhisar şəraitində əmtəə istehsalı və ya satışı ilə məşğul olan təsərrüfat subyektləri təbii inhisar subyektləri hesab olunur. Təbii inhisar subyektlərinin fəaliyyət sahələrinə aşağıdakılar aiddir:

  • Neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli;
  • Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri;
  • Elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri;
  • Magistral və yerli dəmir yolu xəttlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryolu stansiyaları və sərnişin vağzalları xidmətləri;
  • Aeroport xidmətləri, aeroportların, uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri;
  • Metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti;
  • Su limanı xidmətləri, liman qurğularının istismarı, yükaşırma və dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti;
  • Ümumi istifadədə olan elektrik və poçt rabitəsi xidmətləri, qəbuledici-verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarət fəaliyyəti;
  • Baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı;
  • Kanalizasiya təsərrüfatında aerasiya, mexaniki təmizləmə stansiyaları, nasosxanalar, baş və yağış kollektorları və kanalizasiya xəttlərinin istismarı;
  • Meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanallar, kollektorlar, boru kəmərləri və bəndlərin istismarı;
  • İstilik təchizatı xidmətləri.

Təbii inhisar subyektlərinin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.

 

3. Təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini hansı qurum həyata keçirir?

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirməklə:

  • Təbii inhisar subyektlərinin istehlakçıların mənafeyinə və rəqabətə mənfi təsir göstərə bilən hərəkətlərinin qarşısının alınması və aradan qaldırılması üçün antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tədbirlər görür;
  • Təbii inhisar subyektlərinin siyahısına dair İqtisadiyyat Nazirliyinə təkliflər verir.
  • Təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətlərinin həyata keçirilməsinə razılıq verir;
  • Təbii inhisar subyektlərinin hər biri üçün tətbiq edilməli olan tənzimləmə üsullarını qanuna uyğun müəyyənləşdirir və tətbiq edir.

 

4. Təbii inhisar subyektlərinin fəaliyyətində qanun pozuntularına yol verilməsi ilə bağlı Dövlət Xidmətinə necə müraciət edilməlidir? 

Təbii inhisar subyektlərinin fəaliyyətində rastlaşdığınız mənfi hallarla bağlı Dövlət Xidmətinə aşağıdakı üsullardan biri ilə müraciət etmək olar: