ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlətlərarası əməkdaşlıq

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam,  standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, istehlak bazarına nəzarət və malların mənşə ölkəsinin müəyyən edilməsi sahələrində mövcud milli  qanunvericilik sənədlərinin, həmçinin Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilə və sazişlərin təkmilləşdirilməsi, yeni sənəd layihələrinin hazırlanması istiqamətində digər ölkələrlə qarşılıqlı əməkdaşlıq edir. 

Dövlətlərarası iqtisadi əməkdaşlıq çərçivəsində Rusiya Federasiyası, ABŞ, Türkiyə Respublikası, Ukrayna, Avstriya, Polşa, Belarus Respublikası, Türkmənistan Respublikası, Macarıstan, Gürcüstan Respublikası, Özbəkistan Respublikası, Bolqarıstan Respublikası, Moldova Respublikası, Çexiya Respublikası, Tacikistan Respublikası, İran İslam Respublikası, İordaniya Haşimilər Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan Respublikası, Almaniya Federativ Respublikası, İsrail, Çin Xalq Respublikası, Serbiya, Bosniya, Qazaxıstan Respublikası və s. ilə əlaqələr mövcuddur.

 

İkitərəfli əlaqələr